“Barsa”nın əfsanəsi ilə rəqs: Yamal da artıq bu liqadadır – FOTO
“Barselona”nın ulduzu Lamin Yamal Krallar Liqasında (İspaniya media liqası) Serxio Agueronu əvəzləyib və yeni komandasının adını açıqlayıb.
Liqanın əsası “Barselona”nın və İspaniya millisinin keçmiş müdafiəçisi Jerar Pike tərəfindən qoyulub.
Aut.az xəbər verir ki, Yamal jurnalistlərə komandasının adının mənasını açıqlayıb:
“Bu, mənim üçün çox şey deməkdir. Ad? Əmim oğlunun ideyası idi, biz məhəlləmizi “La Capital” adlandırırıq, çünki bura bizim üçün İspaniyanın ən vacib yeridir, ona görə də “La Capital”. Və gerb? Düzünü desəm, çəhrayı rəngi xoşlayıram, gözəl göründüyü üçün”.
Yamal və Pike əməkdaşlıqlarını rəqslə qeyd ediblər.

Aut.az
