Formula 1

Niderlandda 200-cü mərhələyə çıxacaq – Amma növbəti 200 olmayacaq

“Red Bull” pilotu Maks Ferstappen Formula 1-də 200-cü yarışını Niderland Qran Prisində keçirəcək.

Aut.az xəbər verir ki, pilot yarışda daha 200 mərhələ qalmayacağına əmindir.

“Niderlanddakı bu Qran Pri mənim Formula 1-də 200-cü yarışım olacaq. Amma daha 200-ü olmayacaq. Artıq Formula 1 karyeramın yarısına çatmışam. Mən özümü 200 mərhələ vurmuş kimi hiss etmirəm, lakin indi çempionatda hər il daha çox qran-pri olur, ona görə də siyahı çox sürətlə böyüyür”, – Ferstappen deyib.

Yarışların sayına görə F1 lideri 392 mərhələni tamamlayan Fernando Alonsodur.

Aut.az