Formula 1

Formula 1-də yeni müqavilə: 2035-ci ilə qədər uzadıldı

Monako Qran Prisi 2035-ci il də daxil olmaqla Formula 1 təqvimində qalacaq.

Aut.az xəbər verir ki, bu barədə “Kral yarışları”nın mətbuat xidməti məlumat yayıb. Əvvəlki müqavilə 2031-ci ilə qədər hesablanmışdı.

Formula 1 prezidenti Stefano Domenikali deyib: “Monako küçələri idmanın ilk günlərindən Formula 1-in səsləri ilə doludur. Ona görə də mən bu fantastik hadisənin 2035-ci ilə qədər uzadıldığını elan etməkdən çox məmnunam”.

Xatırladaq ki, bu il Monako Qran Prisi mayın 23-dən 25-dək keçirilib.

Aut.az