Zidan onlarla görüşdü, bu yarışda iştirak etdi – FOTO
Əfsanəvi fransız futbolçu Zinəddin Zidan “Alpin” komandasının pilotları Esteban Okon və Pyer Qasli ilə görüşüb.
Aut.az xəbər verir ki, bu barədə məlumat “Alpin”in sosial şəbəkə hesabında yayılıb.
Zidanın Formula 1 pilotları Qasli və Okonla birlikdə kartinq yarışında iştirak etdiyi, həmçinin “Alpin” proqramının gənc pilotları ilə danışdığı bildirir. Xatırladaq ki, 2023-cü ilin əvvəlində Zinəddin Zidanın “Alpin” brendinin səfiri təyin olunub.
Aut.az


