Dünya futbolu

Millinin oyunu zamanı ailəsində faciə yaşandı: Bugünkü qələbəni istəməzdim

Moldova millisi Millətlər Liqasında səfərdə olan Andorra millisinə 1:0 hesabı ilə qalib gəlib. Oyunun əsas vaxtında Virgiliu Postolaki qələbə qolunu vurub. Bu qələbə sayəsində Moldova yığması D Liqasında 2-ci qrupda birinci yerə və C Liqasına yüksəlib.

Aut.az xəbər verir ki, ancaq Moldova millisinin baş məşqçisi Sergey Kleşşenko oyundan sonra qələbəni qeyd edə bilmədiklərini söyləyib. O, matç zamanı 26 yaşlı moldovalı futbolçu Mixail Kaymakovun (red – fotoda 11 nömrəli) ailəsində faciə baş verdiyini və anasının dünyasını dəyişdiyini açılayıb. 

“Sevincimi tam ifadə edə bilmirəm, çünki təəssüf ki, matç zamanı komandamızın oyunçusu Mixail Kaymakovun anası dünyasını dəyişdi. Ailəmizin və dostlarımızın sağ qalması üçün bugünkü qələbəni istəməzdim.

Qoy bütün ölkə sevinsin, amma biz həmkarlarımızdan biri olan Mişa Kaymakovla bu gün baş verənlərə görə sevincimizlə yanaşı, yas tuturuq”.

Qeyd edək ki, Kaymakov bütün oyunu meydanda keçirib.

Aut.az