Ronaldoya sensasion təklif: Hollivuda düşmək istəyirsənsə, bu kluba keç
“Əl-Nəsr”ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldoya Uels təmsilçisi “Reksem”ə keçməsi tövsiyə olunur.
Aut.az xəbər verir ki, bunu “Mançester Yunayted”in keçmiş məşqçisi, portuqaliyalıya yaxşı tanış olan Rene Melensteen deyib.
“Kristiano Ronaldo “Reksem”də? Futbolda hər şey ola bilər. Onun düşünəcəyi əsas məsələ bu mühitdə uğur qazana bilib-bilməməsidir. Bu, maraqlı fikirdir və onun sosial media profili ilə Rayan Reynoldsla əlaqəsi sayəsində Hollivuda girməsinə kömək edə bilər.
Kim bilir, bəlkə də növbəti Ceyms Bond olacaq. Əgər o, kino sənayesinə girmək istəyirsə, bu baxımdan mən “Reksem” variantı deyirəm: “Bəli, gəl, Kriştiano, bunu et”, – “Tribal Football” Melensteendən sitat gətirib.
“Reksem” hazırda “Sky Bet League One”da üçüncüdür və yüksək diviziona yüksəlmək şansına malikdir. Ronaldonun “Əl Nəsr”lə hazırkı müqaviləsi gələn ilin yayında başa çatır.
Aut.az
