İtaliya

“Yuventus” çətin durumda: Bu 3 futbolçu qurban verilir

Müdafiə xətti oyunçularının zədələnməsi “Yuventus”u çətin vəziyyətə salıb.

Aut.az xəbər verir ki, klub qışda iki müdafiə xətti oyunçusu axtarmağa məcburdur. Rəhbərlik maliyyə vəziyyətini nəzərə alaraq, bəzi oyunçulardan qurtulmalı olacaq.

Problemin həlli üçün “qurbanlar” Artur, Danilo və Samuel Mbanqula ola bilər.

Arturun məsələsində hər şey olduqca sadədir: braziliyalı kluba lazım deyil. O bu mövsüm bir oyun da keçirməyib. Digər braziliyalı Danilo da oxşar vəziyyətdədi. Tiaqo Motta ilə anlaşa bilməsə də, bəzi oyunlarda meydana çıxıb.

Mbanqulanın vəziyyəti bir qədər fərqlidir. O, ən azı mövsümün əvvəlində bir neçə dəfə özünü göstərdi, bu da onun qiymətini bir az qaldırdı. Belçikalı futbolçu təxminən 10 milyon avro qarşılığında klubu tərk edə bilər.

Aut.az