206 sm boyu olan Lebron onun yanında “cücə” kimi göründü – FOTO
Noyabrın 13-dən 14-nə keçən gecə Los-Ancelesdəki (ABŞ) “Krypto.com Arena”da “Los Angeles Lakers” və “Memphis Grizzlies” komandaları üz-üzə gəlib.
Görüş meydan sahiblərinin 128:123 hesablı qələbəsi ilə başa çatıb.
Oyun zamanı “Lakers”in lideri Lebron Ceyms “Memphis”in yeni üzvü Zak İdi ilə yanaşı görünütülənib.
Oyunçular arasında boy fərqi dərhal nəzərə çarpıb. 206 sm boyu olan Lebron 224 sm boya sahib Zakın yanında çox kiçik görünüb.

