“Real”ın yay transfer planı: Üçünü havayı almaq istəyir, birini isə…
Gələn yay “Real” müdafiə xəttini gücləndirmək üçün üç oyunçu və hücuma daha bir futbolçu almağı hədəfləyir.
Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Mənbənin məlumatına görə, “kral klubu” “Liverpul”un sağ cinah müdafiəçisi Trent Alexander-Arnold, “Bavariya”nın sol cinah müdafiəçisi Alfonso Deyvis və “Bayer”in mərkəz müdafiəçisi Conatan Ta ilə müqavilə imzalamaq istəyir. Eyni zamanda, “Real” bu oyunçuları pulsuz transfer edə bilər, çünki onların hazırkı klubları ilə müqavilələri gələn yayda başa çatır.
Bundan əlavə, “Real” Leverkuzen klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq hücumameyilli yarımmüdafiəçi Florian Virtsi almaqda maraqlıdır.
Aut.az
