Dünya futbolu

Məşhur futbolçu hakimə tüpürdü – VİDEO

“Atletiko Madrid”in keçmiş yarımmüdafiəçisi Hektor Herrera MLS-də “Hyuston Dinamo” – “Seetl Saunders” matçında hakimə tüpürüb.

Aut.az xəbər verir ki, o, rəqib komandanın oyunçusuna qarşı kobud oyuna görə sarı vərəqə aldıqdan sonra bu hərəkəti edib.

Video təkrara baxıldıqdan sonra Hektor meydandan qovulub.

Bu mövsüm Hektor Herrera 29 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.