Dünya futbolu

Sabiq “Qalatasaray”lı karyerasını bitirdi

“Lion”un və Fransa yığmasının sabiq hücumçusu Bafetimbi Qomis futbolçu karyerasını başa vurub.

Aut.az xəbər verir ki, bu barədə DAZN-ə futbolçunun özü məlumat verib.

39 yaşlı forvard “Sent-Etyen”in yetirməsidir. O, karyerası ərzində “Əl-Hilal”, “Qalatasaray”, “Suonsi”, “Marsel” kimi klublardakı çıxışları ilə də tanınıb. Onun Fransa millisində 12 oyunda 3 qolu var.

Qomis sentyabrda Yaponiyanın “Kavasaki” klubundan ayrıldıqdan sonra komandasız qalıb.

Aut.az