Dünya futbolu

FİFA prezidenti Trampla görüşdü – FOTO

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşüb.

Aut.az xəbər verir ki, İnfantino bu barədə sosial şəbəkədə yazıb.

“ABŞ prezidenti Donald Trampın qarşıdan gələn andiçmə mərasimi öncəsi Florida ştatındakı Mar-a-Laqoda (Trampın şəxsi iqamətgahı) onunla görüşmək mənim üçün şərəf idi. Biz bu yay keçiriləcək FFFA Klublararası Dünya Çempionatını və ABŞ-ın əsas rol oynayacağı qlobal turnir olan DÇ-2026-nı müzakirə etdik.

Cənab Prezident, vaxt ayırdığınız və FİFA-ya verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Amerika dünyanın hər yerindən gələn qonaqları qəbul edir, futbol isə bütün dünyanı birləşdirir!” – İnfantino yazıb.

Xatırladaq ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.

FİFA prezidenti Trampla görüşdü – FOTO

Aut.az