Dünya futbolu

Anrinin Mourinyo üzüntüsü

“Arenal”ın keçmiş hücumçusu Terri Anri heç vaxt Joze Mourinyonun rəhbərliyi altında oynamadığına görə üzüldüyünü etiraf edib.

Aut.az xəbər verir ki, Anri bu barədə İtaliya mətbuatına danışıb:

“Mən həqiqətən də onunla işləmək istərdim. O, sizdə ən yaxşı keyfiyyətləri oyadan əsl motivator. Amma təəssüf ki, alınmadı”.

Mourinyo hazırda “Roma”ya başçılıq edir. “Roma” 23 oyundan sonra 44 xal toplayaraq A Seriyasında turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

Portuqaliyalı mütəxəssis uzun müddət “Çelsi”nin baş məşqçisi olub, fransalı isə “Arsenal”da çıxış edib.

Aut.az