Çempionlar Liqasıİngiltərə

Futbolçusunun müəmmalı səhvindən danışdı: Çox qəribədir

Çempionlar Liqasının 4-cü turunda “Brügge” (Belçika) və “Aston Villa” (İngiltərə) komandaları qarşılaşıb. Meydan sahibləri rəqibin səhvi ucbatından 1:0 hesablı qələbə qazanıblar.

Aut.az xəbər verir ki, “Aston Villa”nın müdafiəçisi Tayron Minqsin müəmmalı səhvi geniş müzakirə olunur.

Tayron qapıçısının ötürməsindən sonra cərimə meydançasında topu əlinə götürüb və hakim penalti təyin edib. “Aston Villa”nın baş məşqçisi Unai Emeri futbolçunun axmaq səhvi haqda danışıb.

“O, çox qəribə bir səhv etdi. Bu, bütün karyeramda gördüyüm ən axmaq səhvdir. Bu vəziyyət həyatımda ilk dəfə idi.

Oyuna nəzarət etməyə və topa sahib olmağa çalışdıq. Rəqibi dayandırmağa çalışdıq və birinci hissədə bacardıq. Geridönüş şansımız oldu, amma bundan yararlana bilmədik. Yenə deyirəm – səhv çox qəribədir”, – Emeri təəccüblə bildirib.

Aut.az