Gürcünü Barselona küçəsində belə əbədiləşdirdilər – FOTO
Barselonada (İspaniya) küçələrin birində yüngül çəkidə UFC çempionu titulunun (66 kq-a qədər) hazırkı sahibi, ispan-gürcü döyüşçü İlya Topuriyaya həsr olunmuş küçə incəsənəti peyda olub.
Aut.az xəbər verir ki, Topuriya evlərinin bireini divarında yumruq atarkən təsvir edilib. Xatırladaq ki, oktyabrın 26-da Əbu-Dabidə (BƏƏ) UFC 308 turnirində baş tutan sonuncu döyüşdə Topuriya keçmiş UFC çempionu və hazırkı BMF titulunun sahibi amerikalı Maks Holloueylə üz-üzə gəlmişdi.
Döyüş İlyanın üçüncü raundda nokautla qalib gəlməsi ilə başa çatıb. Holloue üçün bu, karyerasında nokautla üzləşdiyi ilk məğlubiyyət idi.

