Vinisiusun agenti “Real” rəhbərliyi ilə görüşə gəlir – Gedir?
Bir neçə həftədən sonra “Real Madrid”in vingeri Vinisius Juniorun agenti klub rəhbərləri ilə görüşərək braziliyalı futbolçunun gələcəyini müzakirə edəcəklər.
Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Mənbənin məlumatına görə, İspaniya nəhəngi 2027-ci ilin yayına qədər müqaviləsi olan Vinisiusu klubda saxlamaqda son dərəcə maraqlıdır.
Vurğulanır ki, Vinisiusun hazırkı müqaviləsində 1 milyard avro məbləğində sərbəst buraxılma maddəsi var.
Aut.az
