Almaniya

Mahir yenə qol vurdu – VİDEO

Almaniya 2-ci Bundesliqasında 11-ci turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” “Hamburq”un qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Mahir oyuna start heyətdə başlayan və 68 dəqiqə meydanda olan futbolçumuz məğlub vəziyyətdə olan komandasının xilaskarı olub. O, 63-cü dəqiqədə baxımlı qola imza atıb.

Qeyd edək ki, Emreli “Nürnberq” forması ilə keçirdiyi son 4 rəsmi matçın hərəsində 1 dəfə fərqlənib.

Aut.az