İspaniya

Bu baxımdan dünyanın ən yaxşısıdır – “Barsa”lı “Real”ın əfsanəsi haqda

“Barselona”nın mərkəz müdafiəçisi İniqo Martines “Real”ın yarımmüdafiəçisi Luka Modriçin oyun bacarığını yüksək qiymətləndirib.

“Luka Modriç oyuna baxış baxımından dünyanın ən yaxşısıdır. Onun meydandakı sehri danılmazdır”, – jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində Martinesdən sitat gətirib.

Bu mövsüm Modriç bütün yarışlarda 15 matçda iştirak edib və 3 məhsuldar ötürmə verib. Futbolçunun müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 6 milyon avrodur.

Aut.az