İspaniya

“Barsa” Neymarla bağlı qəti qərarını açıqladı

“Barselona”nın idman direktoru Deku hazırda “Santos”da çıxış edən 33 yaşlı hücumçu Neymarı transfer etmək ehtimalını istisna edib.

Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Dekunun braziliyalı futbolçunun qayıtmasının qəti əleyhinə olmasının bir neçə səbəbi var. Birincisi, “Barselona” funksionerinin sözlərinə görə, Neymar artıq karyerasının zirvəsini keçib və əvvəlki formasına qayıtmayacaq. İkincisi, Kataloniya klubu braziliyalı oyunçunun komandanın gənc futbolçularına mənfi təsir göstərə biləcəyindən ehtiyat edir. Üçüncüsü, Neymar artıq bir dəfə karyerasını “Barselona”da davam etdirməməyə qərar verib.

Daha əvvəl mətbuatda Neymarın 2013-2017-ci illərdə çıxış etdiyi Kataloniya klubuna qayıtmağı karyerasının inkişafı üçün prioritet hesab etdiyi barədə məlumat yayılmışdı.

Aut.az