İspaniya

Prokurorluq “Real”ın futbolçusunun həbs olunmasını istəyir

İspaniya prokurorluğu “Real”ın müdafiəçisi Raul Asensio üçün 2,5 il həbs cəzası tələb edib.

Aut.az xəbər verir ki, bu barədə “Cadena SER” məlumat yayıb.

Mənbənin yazdığına görə, 22 yaşlı futbolçuya iki qadının şəxsi həyatına qarşı cinayət əməlləri irəli sürülüb. Bildirilir ki, “Real”ın gənclər komandasında çıxış edən üç futbolçu 2023-cü ildə həmin qadınlarla qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olub. Bu proses videoya çəkilərək üçüncü şəxslərə ötürülüb.

Asensio həmin görüntüləri istəməkdə və dostuna ötürməkdə ittiham olunur. Mayda onun barəsindəki əsas ittihamlar ləğv edilsə də, görüntüləri saxlama və onları başqasına göstərmə halları üzrə şübhəli olaraq qalır.

Aut.az