İspaniya

“Real” onun üçün möhtəşəm vida mərasimi hazırlayır

Əfsanəvi xorvatiyalı yarımmüdafiəçi Luka Modriçin “Real”dakı  karyerası başa çatmaq üzrədir. O, yayda klubu tərk edəcək. Nə klub, nə də futbolçunun özü müqavilənin uzadılmasında maraqlı deyil.

Aut.az xəbər verir ki, “Real” rəhbərliyi artıq bu mövsümün sonunda əfsanəsini layiqli və möhtəşəm mərasimlə yola salmağı düşünür.

Modriç 2012-ci ilin yayından “Real”da çıxış edir. O, Madrid klubunun heyətində 5 dəfə Çempionlar Liqasının qalibi olub.

Aut.az