Dünya futbolu

16 yaşlı futbolçudan dünya rekordu: Bir oyunda görün nə qədər qol vurub

16 yaşlı tacik futbolçu Məhəmməd Nəzriev milli komandanın oyununda qol sayına görə dünya rekordu vurub.

Aut.az xəbər verir ki, o, U17 Asiya Kubokunun seçmə mərhələsində Quamla matçda 14 qol vurub . Görüş 33:0 hesabı ilə Tacikistanın gənclərdən ibarət komandasının xeyrinə başa çatıb .

Tarixdə heç bir futbolçu FİFA-nın himayəsi altında keçirilən rəsmi milli komanda oyununda bu qədər qol vurmayıb . Bu hesab da belə oyunlar üçün rekorda çevrilib.

Həm ümumi qol sayında, həm də dəqiq zərbələrin sayında əvvəlki nailiyyət Avstraliya millisinə məxsus olub. 2002-ci il Dünya Kubokunun seçmə mərhələsində avstraliyalılar Amerika Samoasını 31:0 hesabı ilə məğlub ediblər. Hücumçu Arçibald Tompson oyunda 13 qol vurub.

Qeyd edək ki, Nəzriyev “İstiklol”ın ikinci komandasında çıxış edir.

Aut.az