Dünya futboluTürkiyə

“Trabzonspor” bu futbolçunu Ardanın əlindən almaq istəyir

Donetsk “Şaxtyor”unun və Ukrayna millisinin yarımmüdafiəçisi Artyom Bondarenko Türkiyənin “Trabzonspor” klubunun maraq dairəsinə düşüb.

Aut.az xəbər verir ki, bu barədə “A Spor” məlumat yayıb.

“Trabzonspor” qış transfer pəncərəsi hazırlıqlarını sürətləndirib. Klub oyununu yaxşılaşdırmaq və titul yarışında mövqeyini gücləndirmək üçün heyətini dörd əsas mövqedə gücləndirməyə çalışır.

Xəbər verilir ki, rəhbərlik növbəti dəfə diqqətlərini Donetsk “Şaxtyor”unun yarımmüdafiəçisi Artyom Bondarenkoya yönəldib. Onu almaq opsionu ilə icarəyə götürmək niyyətindədirlər.

“Trabzonspor” daha əvvəl ukraynalı yarımmüdafiəçini heyətinə qatmağa cəhd etmişdi. Klub 25 yaşlı futbolçu üçün 7 milyon avro təklif etsə də, “Şaxtyor” 12 milyon avro israr edəndə geri çəkilmişdi.

Futbolçunun müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm o, 17 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib.

Xatırladaq ki, “Trabzonspor”da ukraynalı Arseni Bataqov, Aleksandr Zubkov və Daniil Sikan çıxış edir.

Aut.az