Dünya futbolu

“Qızıl top”u Vinisius yox, o qazanıb: “Real”ın futbolçusu Parisə getmədi

Braziliya millisinin və “Real Madrid”in cinah oyunçusu Vinisius Juniorun ətrafındakılar futbolçunun “Qızıl top”u qazanmadığına  əmindirlər.

Aut.az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.

Mənbənin sözlərinə görə, qalib “Mançester Siti”nin və İspaniya milli futbol komandasının yarımmüdafiəçisi Rodri olacaq.

Məlumata görə, Vinisius qalib olmadığını bildiyi üçün “Qızıl top”un mükafatlandırma mərasiminə getməyəcək.

Xatırladaq ki, mükafatlandırma mərasimi bu gün Parisdəki “Chatelet” teatrında baş tutacaq. Tədbirin Bakı vaxtı ilə saat 22:00-da başlaması planlaşdırılır.

Aut.az