Mbappe getsə, onu da qovacaqlar
Çox güman ki, Kilian Mbappe gələn yay Paris klubunu tərk edərsə, PSJ-nin strateji müşaviri Luis Kampos Fransa nəhəngindən qovulacaq.
Aut.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.
Mənbənin sözlərinə görə, Kampuşun PSJ-yə dəvət olunmasının əsas səbəblərindən biri onun fransalı hücumçu ilə inamlı münasibəti olub. Futbol funksionerinin əsas vəzifəsi Mbappeni PSJ ilə əmək müqaviləsini uzatmağa razı salmaq olub.
Mbappenin PSJ-dən ayrılmasından sonra Paris klubunun inkişaf vektorunu dəyişəcəyi vurğulanır.
Xatırladaq ki, mətbuatda yayılan xəbərlərə görə, Mbappe artıq məşqçilər korpusuna və komanda yoldaşlarına bu mövsümün sonunda PSJ-dən ayrılacağını açıqlayıb. Onun “Real Madrid”lə 2029-cu ilin yayına qədər müqavilə imzaladığı bildirilir.
Aut.az
