İngiltərə

Onun istefasından sonra azarkeşlərə müraciət etdi

“Mançester Yunayted”in yarımmüdafiəçisi və kapitanı Bruno Fernandes Erik ten Haqın komandanın baş məşqçisi postundan qovulmasından sonra klubun azarkeşlərinə müraciət edib.

Aut.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib:

“Hər şey üçün təşəkkür edirəm, boss! Güvəninizi və birlikdə paylaşdığımız anları yüksək qiymətləndirirəm. Sizə gələcək üçün ən yaxşısını arzulayıram.

Son dövrün hamımız üçün çox da uğurlu olmadığını bildiyimiz halda, ümid edirəm ki, siz, azarkeşlər, məşqçinin klubumuz üçün etdiyi yaxşılıqları xatırlaya biləcəksiniz!”

Xatırladaq ki, ten Haq 2022-ci ilin aprelindən “Mançester Yunayted”ə rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda 2023-cü ildə Liqa Kubokunu və 2024-cü ildə İngiltərə Kubokunu qazanıb.

Aut.az