İspaniya

“El Klasiko”da oynaya biləcək?

Zədəsini sağaldan “Barselona”nın ulduz yarımmüdafiəçisi Dani Olmo “Real”la oyun barədə danışıb.

Aut.az xəxəbər verir ki, o “El Klasiko”da oynayıb-oynaya bilməyəcəyi ilə bağlı sualı belə cavablandırıb:

“Real” qarşı oynamaq? Özümü yaxşı hiss edirəm və məşqçi bunu bilir. Amma hər şey məşqçidən asılıdır. İstər əsas, istərsə də əvəzedici oyunçu olum, komanda üçün ən yaxşısını verməyə çalışacağam. Bu, çox vacib matçdır və kim oynasa, 100% hazır olacaq”.

“Real” – “Barselona” oyunu La Liqanın 11-ci turu çərçivəsində oktyabrın 26-da saat 23:00-da keçiriləcək. Görüş Madriddəki “Santyaqo Bernabeu” stadionunda baş tutacaq.

Aut.az