Əfsanə karyerasındakı əsas rəqibinin adını açıqladı
İspaniyalı əfsanəvi tennisçi Rafael Nadal karyerasındakı əsas rəqibinin adını açıqlayıb.
Aut.az xəbər verir ki, o, gözlənilənlərin əksinə olaraq serbiyalı Novak Cokoviçi yox, isveçrəli Rocer Federeri özünə rəqib hesab edir:
“Cokoviç ən çox qarşılaşdığım oyunçudur, amma mənim üçün əsas rəqibim Federer idi. Çünki mən oynamağa başlayanda Federer birinci idi. Ən yaxşı olduğum illərdə Rocer və Novak var idi. Ancaq başlanğıcda Rocer olub.
Səbəbini bilmirəm, amma düşünürəm ki, hər ikisi ilə rəqabətim onların arasında olduğundan daha gərgin olub. Səbəb nədir bilmirəm, amma mənə elə gəlir ki, dünya bunu belə qəbul edir. Rocerin vəziyyətində, əminəm ki, aramızda üslub və yanaşma baxımından çox nəzərə çarpan bir təzad var idi.
Novakla oynamaq inanılmaz dərəcədə çətin idi. O, çox yüksək səviyyədə forma saxlamağı və hər il özünü təkmilləşdirməyi bacaran tennisçidir. Rəqəmlər onun ən yaxşı olduğunu deyir. Ona görə də tennis səviyyəsi ən yaxşı idi. Üstəlik, ən uzun müddət zədəsiz qalmağı bacardı.
Uzun müddət davam edən məhdudiyyətlər və ya ciddi zədələr olmadıqda, bu, təkcə fiziki səviyyədə təsir etmir və sizə qalib gəlmək imkanı verir. Gəm də zehni səviyyədə zədə almaq qorxusunun olmamasına və sərt meydançada topu almaq üçün sürüşməyə imkan verir”.
Qeyd edək ki, Böyük Dəbilqə yarışlarının 22 qat qalibi noyabrda karyerasını başa vuracaq.
Aut.az
