Atası ilə əməkdaşlığa son qoydu: Onunla bu tonda danışmağı…
Yunanıstanlı tennisçi Stefanos Tsitsipas atası və məşqçisi Apostolos Tsitsipas ilə əməkdaşlığa son qoyduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, daha əvvəl Stafanos ATP reytinqində 600-cü yerdə olan rəqibinə məğlub olduqdan sonra Monrealda keçirilən Masters seriyası turnirindən kənarlaşdırılıb. Oyun zamanı atası ilə mübahisə edən Tsitsipas bundan sonra meydanı tərk edib.
“Mən atamın ata və yalnız ata kimi qalmasına üstünlük verirəm. Onunla bu tonda danışmağı özümə rəva görərkən səhv etdim. Mən özümü sakit insan hesab edirəm, amma o an…
Bu reaksiya qəbuledilməz idi. Şəxsiyyətimin bu qaranlıq tərəfinin ortaya çıxmasından məyus oldum.
Məni böyütməyə çalışan, mənə lazımi bilik və hikmət verən atama təşəkkür edirəm. Mən onun uğur qazanmağıma imkan verən fədakarlıqlarını və ağrılarını yüksək qiymətləndirirəm.
Atam mənimlə turnirlərə getməyə və meydandan kənarda mənə kömək etməyə davam edəcək. Tennisçi və məşqçi kimi əməkdaşlıq dövrümüzü uğurlu hesab edirəm. Onun yerini kimin tutacağına hələ qərar verməmişəm. İkimiz də belə qənaətə gəldik ki, işgüzar münasibətdən çıxmaq ata və oğul kimi ünsiyyətimizi qoruyub saxlamağa kömək edəcək”, – Tsitsipas sosial şəbəkələrdə yazıb.
Aut.az
