İngiltərə

“Siti”nin yeni baş məşqçisi o olacaq? – Reaksiya

“Sportinq”in baş məşqçisi Ruben Amorim “şəhərlilər”in yeni baş məşqçisi olacağöı ilə bağlı sualı cavablandırıb.

Aut.az xəbər verir ki, Portuqaliya klubunun idman direktoru Uqo Viana “Siti”də analoji postu tutub. İddia olunur ki, Amorim də ondan nümunə götürərək İngiltərəyə köçəcək.

“Viana ilə fərqli yollarımız var. Əbədi davam etməyəcək peşəkar münasibətimiz var. Viana “Mançester Siti”də hamıdan çox qələbəyə köklənib. “Sportinq”də isə heç nə dəyişməyib, heç nə. Mövsümün sonuna qədər hər şey olduğu kimi qalacaq”, – deyə Amorim “Cabine Desportiva”ya bildirib.

Aut.az