İspaniya

“Barselona” Yamala görə gələn fantastik təklifi rədd edib?

“Barselona”nın prezidenti Xuan Laporta maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, kataloniya klubunun rəhbəri bu il vinger Lamin Yamal üçün 250 milyon avroluq təklifi rədd etdiyini bildirib:

“6 ay əvvəl mənə Lamini 250 milyon avroya almaq təklifini etdilər. Amma imtina etdim. O, dünyanın ən məşhur futbolçusudur”.

Şayiələrə görə, PSJ Yamal üçün 250 milyon ödəməyə hazırdı.

Qeyd edək ki, 17 yaşlı Yamal yayda İspaniya millisi ilə Avropa çempionatının qalibi olub.

Aut.az