İngiltərə onun təyinatından narazıdır: Özümüzə zərər veririk
İngiltərə millisinin 49 yaşlı sabiq müdafiəçisi Qari Nevill əmindir ki, milli komandanı ingilis çalışdırmalıdır.
Aut.az xəbər verir ki, o, Tomas Tuxelin milli komandaya baş məşqçi təyin olunması ilə bağlı fikirlərini bölüşüb.
“Biz özümüzə zərər veririk. İngiltərədə milli komandaya məşqçi təyin oluna biləcək çoxlu yaxşı mütəxəssislər var. Məşqçiliyə gələndə, nədənsə ilişib qalırıq. İngilislər Avropada ən pis reputasiyaya sahibdirlər. Bizim aydın şəxsiyyətimiz yoxdur, ona görə də özünəməxsus üslub yarada bilmirik. Biz ingilis məşqçilərinə inkişaf etmək üçün imkanı verməliyik ki, öz şəxsiyyətimizə sahib ola bilək”, – Qarri Nevil bildirib.
Qarri bütün klub karyerasını “Mançester Yunayted”də keçirib. O, İngiltərə millisində 85 oyun keçirib. O, həmçinin 2012-2016-cı illərdə Roy Hocsonun dövründə milli komandanın köməkçi məşqçisi olub.
Aut.az
