Dünyanın “bir nömrə”si ona evlilik təklif etdi
İtaliyalı tennisçi, kişilər arasında dünya reytinqinin lideri Yannik Sinner rusiyalı tennisçi, qadınların mübarizəsində 14-cü olan Anna Kalinskayaya evlilik təklifi edib.
Aut.az xəbər verir ki, bu barədə “DiPiu” məlumat yayıb.
Qeyd olunur ki, 23 yaşlı idmançı Sinnerin US Ope-2024-də qələbəsindən az sonra Nyu-Yorkda keçirilən əyləncə gecəsində 25 yaşlı Kalinskayaya evlilik təklifi edib və rusiyalı idmançıdan razılıq alıb.
Qeyd edək ki, ABŞ Açıq çempionatının finalında Sinner amerikalı Teylor Fritsi məğlub edib. Matçın sonunda italiyalı qələbəni məşqçiləri və sevdikləri ilə bölüşmək üçün tribunaya çıxıb və Kalinskaya onun dodaqlarından öpüb.
Aut.az
