İngiltərə

Bu tarixdə məhkəmə qarşısına çıxarılacaq

“Vest Hem”in hücumçusu Lukas Paketa 2025-ci ilin martında mərc ittihamı ilə məhkəmə qarşısına çıxacaq.

Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “çəkicdöyənlər” bu iş üzrə dinləmənin mövsüm ərzində baş tutacağından narazıdırlar. Onlar hesab edirlər ki, bu, braziliyalı futbolçunun oyununa təsir edə bilər.

Xatırladaq ki, İngiltərə Futbol Assosiasiyası Paketanı əvvəlcədən qoyulmuş mərc şərtlərinə nail olmaq üçün meydançada qəsdən edilmiş dörd hərəkətdə ittiham etmişdi. 27 yaşlı yarımmüdafiəçinin ömürlük cəza ilə üzləşə biləcəyi vurğulanır. “Vest Hem” oyunçunu tam dəstəkləyir.

Aut.az