Bu klub Salahla danışıq aparır: Van Deyklə də maraqlanır
Hazırda “Əl-Əhli” Liverpulun 32 yaşlı cinah oyunçusu Məhəmməd Salah ilə danışıqlar aparır və həmçinin “mersisaydlılar”ın 33 yaşlı mərkəz müdafiəçisi Vircil van Deyk ilə durumu izləyir.
Aut.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.
Mənbənin məlumatına görə, “Əl Əhli”nin planı bu futbolçulara daha bir mövsüm uzatma variantı ilə üç illik müqavilə təklif etməkdir. Misirli futbolçu üçün prioritetin “Liverpul”da qalmaq olduğu vurğulansa da, o, Səudiyyə Ərəbistanına keçəcəyini istisna etmir.
Salah və Van Deykin ingilis klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Aut.az
