Ağrılı idi: Nisterloy Amorimlə söhbətindən danışdı
Hazırda “Lester”i çalışdıran Rud van Nistelroy etiraf edib ki, Ruben Amorimin “qırmızı şeytanlar”ın baş məşqçisi vəzifəsinə gəlişindən sonra həqiqətən də “Mançester Yunayted”i tərk etmək istəməyib.
“Müvəqqəti vəzifəyə başlayan kimi “Yunayted”ə kömək etmək üçün burada olduğumu, lazım gəlsə, kömək etmək üçün qalacağımı söylədim və bunu nəzərdə tuturdum. Buna görə də çox məyus oldum və ayrılmaq məcburiyyətində qaldım.
Ağrılı idi, amma sonda bununla barışdım, çünki yeni baş məşqçini də başa düşürəm. Mən kifayət qədər uzun müddətdir ki, futboldayam və özüm də məşqçi olmuşam.
Mən bu barədə Rubenlə danışdım. Onunla açıq söhbət etdim. Sonda bu, həqiqətən də mənə irəliləməyə və dərhal yeni imkanlar barədə danışıqlara başlamağa kömək etdi. Təbii ki, bu, əhval-ruhiyyəmi qaldırdı”, – deyə mütəxəssis bildirib.
Aut.az
