Boks

Qarsiyanı məhkəməyə verdi: Qalmaqallı döyüşün pul bölgüsünə görə

Yüngül çəkidə keçmiş mübahisəsiz dünya çempionu, Devin Heni Rayan Qarsiyanı məhkəməyə verib.

Aut.az xəbər verir ki, Hani bu ilin aprelində baş verən döyüşdə rəqibini saxtakarlıq və əsassız varlanmada ittiham edib. Qarsiyanı təmsil edən “Golden Boy Promotions” şirkətdən də şikayət edilib.

Devin Hani onların mübahisəli mübarizəsindən sonra pul bölgüsünə tam yenidən baxılmasını və tənzimlənməsini tələb edir.

Qeyd edək ki, aprelin 20-də WBC titulu uğrunda baş tutan döyüş ərəfəsində Rayan Qarsiya çəki ölçməkdə uğursuz nəticə göstərsə də, Heniyə qalib gəlib. Lakin bir neçə gün sonra məlum olub ki, Qarsiya dopinq-testdən keçə bilməyib və döyüşün nəticəsi ləğv edilib.

Aut.az