Pulsuz qalacaqsan: Çağırışı rədd edirsənsə…
Keçmiş UFC döyüşçüsü Çeyl Sonnen Frensis Nqannunu Cek Pol ilə döyüşdən imtina etdiyinə görə sərt şəkildə tənqid edib.
Aut.az xəbər verir ki, Sonnen hesab edir ki, bu yanaşma keçmiş UFC çempionunu pulsuz qoya bilər.
“Kifayət qədər çətin olduğunu düşünmədiyiniz döyüşlərdən imtina etmək sizi nəcib etmir – bu, sizi işsiz qoya bilər. Sən peşəkar döyüşçüsən, sənə mükafat təklif olunur, amma sən özünü təhqir olunmuş hesab edirsən? Çağırışı rədd edirsənsə, məğlubsan”, – Sonnen YouTube kanalında deyib.
Keçmiş UFC tituluna iddiaçı qeyd edib ki, Nqannu, ən nəhəng ağır çəkililərdən biri statusuna baxmayaraq, döyüş bazarındakı imkanlarını real qiymətləndirməlidir.
Nqannou əvvəllər Polla döyüşə ciddi problem kimi baxmadığını bildirib. Kamerunlu artıq Tayson Fyuri və Entoni Coşuaya qarşı iki yüksək qonorarlı döyüş keçirib.
Aut.az
