İstənilən vaxt: Tayson nəyə eyham vurub?
Keçmiş dünya çempionu Tayson Fyuri Aleksandr Usiklə üçüncü döyüşün mümkün ola biləcəyinə işarə edib.
Aut.az xəbər verir ki, britaniyalı boksçunun “The Stomping Ground” sitat gətirib.
“Mən o alçağı iki dəfə döydüm. Və bunu dünya bilir! Üçüncü döyüşə hazıram. İstənilən vaxt, hər yerdə. Yayda. Məsələn, Britaniyada, 100 min azarkeş qarşısında”, – Fyuri deyib.
Qeyd edək ki, 2022-ci ilin aprelində Fyuri Dillian Uayt ilə döyüşdən sonra təqaüdə çıxdığını elan etsə də, sonradan peşəkar boksa qayıtdı.
Zatırladaq ki, ötən il o, iki döyüş keçirib. Hər iki halda onun rəqibi ukraynalı Aleksandr Usık olub. İlk döyüş mayın 18-də baş tutub və Usik hakimlərin yekdil olmayan qərarı ilə qalib gəlib.
Cavab görüşü dekabrın 21-də keçirilib və ukraynalı daha inamlı qələbə qazanıb – bütün hakimlər onu 116:112 hesabı ilə qalib gəldiyini qeydə alıblar.
Aut.az
