Məhəmməd Əlinin əfsanəvi döyüşdə geyindiyi şort fantastik qiymətə satılır: FOTO
Məhəmməd Əlinin əfsanəvi döyüşlərindən birindən şort satışa çıxarılıb.
Aut.az xəbər verir ki, məlumat “Lot Sotheby’s” hərrac evinin saytında yer alıb. Bu ağ və qara şortda Əli 1975-ci il oktyabrın 1-də Co Freyzerə qarşı döyüşüb.
Həmin döyüş “Manilada triller” adlanır və boks tarixində ən məşhur döyüşlərdən biri hesab olunur. Əli 14 raunddan sonra döyüşün qalibi olub.
Şortda 2016-cı ildə dünyasını dəyişən əfsanəvi çempionun imzası var.
Şortun 4-6 milyon dollara satılacağı gözlənilir. Hərrac aprelin 12-dək davam edəcək.
Aut.az



