Dünya futbolu

Neymar “Santos”a qayıdır? – Atasından reaksiya

Neymarın atası oğlunun “Santos”a qayıda biləcəyi ilə bağlı yayılan xəbərlərə cavab verib.

Daha əvvəl bildirilmişdi ki, “Əl-Hilal”ın hücumçusu 2025-ci ildə ilk peşəkar klubuna qayıda bilər.

Aut.az xəbər verir ki, “TNT Sports”a açıqlama verən Neymarın atası birmənalı fikir bildirməyib:

“Arzu etmək çox vacibdir. Amma belə söz-söhbətləri sakit qəbul etmək lazımdır. Neymarın Braziliyadan kənarda oynamaq üçün hələ vaxtı var. İndi biz ancaq Neymarın zədəsini sağaltmağı düşünürük. Amma hamı bilir ki, biz “Santos”u nə qədər sevirik”.

Futbolçunun Səudiyyə Ərəbistanı klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Aut.az