2025-ci ildə ən çox qol vuran futbolçular: “Qalatasaray”ın forvardı neçəncidir? – SİYAHI
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) 2025-ci ildə (1 yanvar – 31 mart) ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.
Aut.az xəbər verir ki, birinci sırada PSJ-nin vinger Usman Dembele qərarlaşıb. O, bu il ərzində 23 qola imza atıb.
Dembelenin həmyerlisi, “Real”ın forvardı Kilian Mbappe 19 qolla ikincidir. “İlk üçlüy”ü Laosun “Ezra” klubunun futbolçusu Peeter Pantavonq qapayır – 18 qol.
“Qalataray”ın hücumçusu Viktor Osimhen qapayır. Müqavilə ilə “Napoli”yə məxsus olan nigeriyalı futbolçu 17 dəfə fərqlənib. O, martda hamıdan çox – 9 qol top vurub.
Siyahıda “ilk 100”-dən aşağı olan liqaların oyunçuları da turnir cədvəlində qeyd olunub. Lakin onlartəsnif edilməyib, boz rənglə vurğulanıb.
Aut.az

