Yığmanın 11 futbolçusuna qarşı iş açıldı
KONMEBOL Amerika Kubokunda Kolumbiya azarkeşləri ilə davaya görə Uruqvay millisinin 11 futbolçusuna qarşı iş açıb.
İyulun 11-də Uruqvay yığması Amerika kubokunun yarımfinalında Kolumbiyaya uduzub (0:1). Oyundan sonra stadionun tribunasında uruqvaylı futbolçularla kolumbiyalı azarkeşlər arasında dava düşüb.
Hadisənin ən diqqət çəkən simalarından biri də “Liverpul”un uruqvaylı hücumçusu Darvin Nunes olub. Hücumçu kolumbiyalı kütləyə yumruq ataraq hücum etdi. Onun özü də epizodların birində başından zərbə alıb.
Aut.az
