İspaniya

Karyerasını bitirdi – “Yeni Fabreqas” ola bilmədi

34 yaşlı ispan yarımmüdafiəçi Fran Merida peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Aut.az xəbər verir ki, bir vaxtlar “Barselona” akademiyasının mirvarisi adlandırılan və “yeni Sesk Fabreqas” kimi London “Arsenal”ına keçən futbolçu ümidləri doğrultmadı.

Merida “Arsenal”ın heyətində cəmi 16 rəsmi oyun keçirib (2 qol, 2 məhsuldar ötürmə). O, həmçinin “Real Sosyedad”, “Atletiko”, “Braqa”, “Herkules”, “Atletiko Paranaense”, “Hueska”, “Osasuna”, “Espanyol” və “Luqo”da çıxış edib.

2024-cü ilin yayında Merida azad agent statusu aldı, lakin yeni klub tapa bilmədi, nəticədə karyerasını bitirmək qərarına gəldi.

Aut.az