İspaniya

40 il sonra İspaniya kubokunu qazandılar

“Atletik” və “Malyorka” komandaları arasında İspaniya kubokunun finalı baş tutub.

Aut.az xəbər verir ki, əsas vaxt heç-heçə başa çatıb 1:1. Əlavə vaxt da qolsuz heç keçib. Bilbaolular penaltilər seriyasında daha güclü olublar – 4:2.

Bu, “Atletik”in turnirdə 24-cü və 1984-cü ildən sonra isə ilk qələbəsidir. Kral Kubokunda “Barselona”nın daha çox qələbəsi var – 31. “Mayorka” üçün isə bu, üçüncü final idi.