Dünya futbolu

PSJ onun qardaşı ilə danışıqları dayandırdı

PSJ rəhbərliyi Kilian Mbappenin qardaşı 17 yaşlı yarımmüdafiəçi Ethan Mbappe ilə əmək müqaviləsinin uzadılması ilə bağlı danışıqları dayandırmaq qərarına gəlib.

Aut.az xəbər verir ki, bu, Mbappenin mövsümün sonunda Paris klubundan ayrılacağını bildirməsindən sonra baş verib. Bu barədə “RMC Sport” məlumat yayıb.

Mənbənin məlumatına görə, Ethan Mbappe ilə Fransanın digər klubları, eləcə də Almaniya klubları maraqlanır.

Xatırladaq ki, əvvəllər Kilian Mbappenin klubdan getməsinin qardaşı ilə gələn yayda başa çatacaq müqavilənin uzadılması ilə bağlı danışıqlar prosesinə təsir etməyəcəyi barədə məlumat yayılmışdı.

Bu mövsüm Ethan bütün turnirlərdə 28 matçda iştirak edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 500 min avrodur.

Aut.az