İtaliya

Qovulmasının səbəbi bəlli oldu: Qadınla münaqişə?

Sentyabrın 18-də “Roma” Daniele De Rossini baş məşqçi postundan uzaqlaşdırıb.

Aut.az xəbər verir ki, “TUTTOmercatoWEB”in məlumatına görə, De Rossinin işdən çıxarılmasının əsas səbəbi “Roma”nın baş direktoru Lina Suluku ilə münaqişə ola bilər.

Münasibətlər transfer şirkəti ilə bağlı anlaşılmazlıqlar, eləcə də mövsümün əvvəlində komandanın qeyri-qənaətbəxş nəticələri ucbatından gərginləşib.

De Rossinin bir alibisi olub – çoxlu sayda yeni gələnlərlə komanda oyununu tez qurmaq mümkün deyil, amma “Roma” rəhbərliyi ona vaxt verməyib və “qurdlar”ın əfsanəsi qovulub.

“Roma”nın dörd turdan sonra cəmi üç xalı var. Romalılar üç dəfə heç-heçə edib, bir matçda isə məğlub olub.

Aut.az