İtaliya

Qayıdacağı vaxt bəlli oldu: Ən azı…

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Pol Poqbanın durumu haqda danışıb.

Aut.az xəbər verir ki, mütəxəssis Poqbanın hələ də zədəsini sağaltmaqla məşğul olduğunu bildirib. O, futbolçunun bu səbəbdən komandanın ABŞ-a mövsümöncəsi turunda oynamayacağını deyib.

Məşqçinin sözlərinə görə, fransalıya ümumi qrupda məşqlərə qayıtmaq üçün ən azı bir ay vaxt lazımdır.

30 yaşlı Poqba 2022-ci ilin yayında “Yuventus”a qayıtsa da, 2022/23 mövsümündə ümumilikdə 160 dəqiqə meydanda olub.

Aut.az