ÇL-də bu vəziyyətə düşən ilk ispan oldu
Çempionlar Liqasının ümumi mərhələsinin 1-ci turu çərçivəsində “Jirona” səfərdə PSJ-yə (0:1) məğlub olub.
Aut.az xəbər verir ki, görüşdəki yeganə qol 90-cı dəqiqədə vurulub. Paris klubunun müdafiəçisi Nuno Mendeşin cərimə meydançasına ötürməsindən sonra qonaqların qapıçısı Paulo Qassaniqa topu qorumağa çalışsa da, bunu bacara bilməyib. Nəticədə top qapıdan keçib.
“Opta”nın məlumatına görə, Çempionlar Liqası tarixində ilk dəfə İspaniya klubunun qapıçısı avtoqol müəllifi olub.
Aut.az
