Digər

Nüfuzlu yarış 33 il sonra bu ölkəyə qayıdır

MotoGP yarışları 1992-ci ildən sonra ilk dəfə Macarıstana qayıdacaq.

Aut.az xəbər verir ki, “World Series”in 2025-ci il mövsümündə reallaşacaq. Bununla bağlı yarışın təşkil olunacağı “Balaton Park Circuit” treki ilə müqavilə imzalanıb.

“”Balaton Park”ın MotoGP təqvimində və 2025-ci il yarışlarında olacağını bildirməkdən çox məmnunuq. Trek heyrətamiz yerdədir və pərəstişkarları üçün fantastik məkan olacaq. Trekin təqvimdə tarixi debütünə hazırlamaq üçün işlər aparılır ki, bu da Macarıstanın şosse yarışları tarixinə daha bir tarix əlavə edəcək. Biz Mərkəzi Avropanın yarışın bazarına qayıtmağını səbirsizliklə gözləyirik”, – deyə MotoGP-nin sahibi olan “Dorna Sports”un baş direktoru Karmelo Ezpeleta bildirib.

Qeyd edək ki, 2024-cü il mövsümündə MotoGP-də 22 raund keçirəcək. Artıq 16 mərhələ arxada qalıb.

Aut.az